Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Müdafiə naziri orduya niyə “HAZIR OL” əmri verdi?

14 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Müdafiə naziri Zakir Həsənovun “Hazır ol” əmri ordunun daim tətikdə dayanması baxımından təbiidir, lakin indi sərhəddə və Qarabağda təxribatların olması daha aktualdır:

- Ermənistan sərhəddə eskalasiya ilə razılaşmaları sıfırlamaqda, danışıqların yeni şərtlərini formalaşdırmaqda maraqlı tərəfdir: istisna deyil ki, İrəvan sərhəddə “itirdiyini” hesab etdiyi hansısa mövqeyi ələ keçirmək, bununla delimitasiya məsələsində əlini gücləndirmək istəyə bilər;

- Laçın yolundakı aksiyanın davam etməsi fonunda erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası məsələsi daha da aktuallaşır və separatçılar da, ruslar da, erməni diasporu/lobbisi və onların müdafiəçisi olan ölkələr də belə bir perspektivdə maraqlı deyil: erməni əhalisinin Bakıya düşmənçiliyinin körüklənməsi və mümkün təmasların sıradan çıxarılması məqsədilə Qarabağda təxribatlar törədə bilərlər;

Azərbaycan hər iki istiqamətdə mümkün ssenariyə hazır olmalıdır. Belə hazırlıq təkcə hərbi yox, diplomatik və informasiya müstəvisində də nəzərə alınmalıdır.

Oxşar xəbərlər
OTACI