Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hulusi Akarın Azərbaycana gəlişinin səbəbi AÇIQLANDI

05 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana səfəri çərçivəsində birgə təlimləri izləyəcək.

Bu barədə Press.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov məlumat verib.

"Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyəti ölkəmizdə keçirilən birgə təlimləri izləmək məqsədilə bu gün Azərbaycana səfər edəcək", - deyə nazirlik rəsmisi bildirib.

Oxşar xəbərlər
OTACI