Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Azərbaycanın Rusiya silah sənayesindən asılılığı azaldıb” - AÇIQLAMA

24 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərbaycan keçmiş sovet ölkələrinin bir çoxunda ənənəvi hal almış Rusiya silah sənayesindən asılılığı azaldıb”.

Bu sözləri Milli Müdafiə Universitetinin rektoru, general-leytenant Heydər Piriyev “Azərbaycan Ordusu” qəzetində dərc olunan məqaləsində qeyd edib.

Onun fikrincə, dronlar düşmənin kiçik və orta mənzilli hava hücumundan müdafiə sistemlərinin aşkara çıxarılıb məhv edilməsində mühüm rol oynayır.

General-leytenant söyləyib ki, silah arsenalının təkmilləşdirilməsi baxımından kifayət qədər diversifikasiya edən Azərbaycan İkinci Qarabağ müharibəsində İsrail istehsalı olan pilotsuz uçuş aparatlarını (PUA) da müvəffəqiyyətlə tətbiq edib.

“Düşmənə məxsus silah anbarlarının məhv edilməsi baxımından kamikadze dronu – “Harop” bu PUA-ların ən öncüllərindəndir. Xüsusən də, “S-300” raket sistemlərinin sıradan çıxarılmasında bu dronlar uğurla istifadə olunub. Müharibənin taleyinin Azərbaycanın lehinə dəyişməsində Türkiyə Müdafiə sənayesinin istehsalı olan “Bayraktar TB-2”nin də rolu danılmazdır. Müharibənin yalnız ilk iki həftəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusuna məxsus 60 HHM sistemini (əsasən, 9K33 OSA və 9K35 Strela) məhv etdi. Beləliklə, silah ticarətində diversifikasiya etməyi bacaran Azərbaycan keçmiş sovet ölkələrinin bir çoxunda ənənəvi hal almış Rusiya silah sənayesindən asılılığı azalda bildi”, - H.Piriyev bildirib.

Press.az 

Oxşar xəbərlər
OTACI