First slide

Gədəbəydə oğul anasına görə atasını döyüb öldürdü - TƏFƏRRÜAT + VİDEO

23 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gədəbəydə ailə daxilində faciə ilə nəticələnən mübahisənin təfərrüatı məlum olub.

Press.az Xezerxeber.az-a istinadən xəbər verir ki, iddiaya görə, Asəf Cəfərov anasına xəsarət yetirdiyinə görə atasını döyərək ağır xəsarətlər yetirib.

Kişi də həyat yoldaşının ardınca xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, rayonun Düzyurd kənd sakini Vaqif Cəfərov ailə münaqişəsi zəminində həyat yoldaşı Mehri Cəfərovaya bıçaq xəsarətləri yetirib.

Qadın Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bundan sonra həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən Vaqif Cəfərov özü xəstəxanalıq olub.

Vaqif Cəfərovun oğlu tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi və orada dünyasını dəyişməsi ilə bağlı iddialar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Faktla bağlı Gədəbəy Rayon Prokurroluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Daha ətraflı süjetdə:

 

Oxşar xəbərlər
OTACI