Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İmişlidə it və tülkü 2 nəfərin ölümünə səbəb oldu - YENİLƏNDİ + VİDEO

22 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İmişli rayonunda it və tülkü ağır qəzaya səbəb olub.

Press.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun İmişli rayonu, Ağaməmmədli kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli sakini 36 yaşlı Xanlar Bayramov idarə etdiyi avtomobillə hərəkətdə olarkən qarşısına çıxan it ilə tülkünü vurub və idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişin, İmişli sakini 48 yaşlı Fariz Bayramov isə  xəstəxanaya çatıdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Daha ətraflı süjetdə:

***

İmişlidə ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Press.az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli-Kürdəmir yolunda qeydə alınıb.

İmişli sakini, 1986-cı il təvəllüdlü Bayramov Xanlar Xasməmməd oğlunun idarə etdiyi VAZ-21015 markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü hadisə yerində, qohumu olan sərnişini 1974-cü il təvəllüdlü Bayramov Fariz Gülməmməd oğlu xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Oxşar xəbərlər
OTACI