Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

SON DƏQİQƏ!!! Cəbrayılda sərhədçilər qəzaya düşüb, ölən və xəsarət alanlar var

21 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları qəzaya düşüb, sərhədçi ölüb.

Bu barədə Press.az-a DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, hadisə bu gün rayonun Şükürbəyli kəndində qeydə alınıb.

Belə ki, "Shacman" markalı yük avtomobili hərəkətdə olarkən Xidmətə məxsus "UAZ" markalı avtomobilin hərəkət zolağına çıxıb. Nəticədə qəza baş verib və bir neçə hərbçi xəsarət alıb, baş çavuş Elmir Abbasov isə xəstəxanada vəfat edib.

Hazırda yaralıların müayinə və müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

 

Oxşar xəbərlər
OTACI