Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gənc bəstəkarın əsəri səsləndirilib

19 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Noyabrın 10-da Bəstəkarlar İttifaqında Zəfər Bayramına həsr olunmuş Plenum çərçivəsində baş tutan Kamera-instrumental konsertində bir qisim gənc bəstəkarın kamera əsəri səsləndirilib.

Yaradıcı gənclər üçün önəmli olan bu tədbirdə Bakı Musiqi Akademiyasının Magistrantı, gənc bəstəkar Aydan Əliyevanın yazdığı Violonçel və fortepiano üçün olan 3 hissəli sonatasından I hissə səslənib. Violonçeldə əməkdar artist Aleksey Miltix, Fortepianoda müşayiət isə əməkdar artist Nargiz Aliyeva ifa edib.

Əsər həm dinləyicilər tərəfindən, həm də Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə tərəfindən rəğbətlə qarşılanıb.

Oxşar xəbərlər
OTACI