Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Goranboyda dəhşətli maşın qəzası - YENİLƏNİB

02 Oct 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Goranboy rayonunda baş vermiş yol qəzası zamanı ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

Press.az Report-a istinadən xəbər verir ki, Xan Qərvənd kəndində iki minik avtomobilin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.

Belə ki, yol qəzasında ağır xəsarət alan 1991-ci il təvəllüdlü F. Orucov dünyasını dəyişib.

Daha 3 nəfər, 1989-cu il təvəllüdlü Z. Həsənov, 1991-ci il təvəllüdlü F. Novruzov və 1983-cü il təvəllüdlü F. Hüseynov isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

Goranboy rayonunun Xan Qərvənd kəndində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Press.az report-a istinadən xəbər verir ki, "VAZ-21015" və "VAZ-2104" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onların içərisində vəziyyəti ağır olan da var.

Xəsarət alanlar xəstəxanaya aparılıblar, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI