Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Neftçalada avtomobil ağaca çırpılıb - Ölən və yaralanan var

21 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Neftçalada bir nəfərin ölümü, daha bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Press.az Report-a istinadən xəbər verir ki, hadisə Qardaşbəyli kəndində olub. Belə ki, “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən anidən idarəetmədən çıxıb və yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində bir nəfər hadisə yerində ölüb, daha bir nəfər - Salyan şəhər sakini, 1990-cı il təvəllüdlü Abbasov Şəhriyar Cavid oğlu müxtəlif dərəcəli ağır xəsarətlər alıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI