Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şamaxıda iki avtomobil toqquşdu - 3 nəfər xəsarət aldı

18 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şamaxı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saat 20:00 radələrində Bakı-Şamaxı yolunun Sabir qəsəbəsi ərazisində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili ilə “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində Qəbələ sakinləri – 1986-cı il təvəllüdlü Məmmədov Emin Eldar oğlu, 1994-cü il təvəllüdlü Nəsirli Pünhan İslam oğlu, Oğuz sakini, 2004-cü il təvəllüdlü Mirzəbəyov Şamil Qiyas oğlu xəsarət alıb.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Oxşar xəbərlər
OTACI