Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hacıqabulda avtomobil aşdı: Ana və iki uşaq yaralandı

18 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hacıqabulda qadın sürücü qəza törədib.

Press.az  APA-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Tovuz rayonunun Bayramlı kənd sakini, 1988-ci il təvəllüdlü Cəfərova Gülbəniz Təvəkkül qızı idarə etdiyi “Nissan Tiida” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü qadın və onun azyaşlı 2 uşağı xəsarət alaraq Şirvan xəstəxanasına çatdırılıb.

Uşaqlar ambulator yardım alsalar da ana müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI