Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəkidə yük maşını qəzaya düşdü

11 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəkidə yol qəzası baş verib, yaralılar var.

Press.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Baş Zəyzid kəndində baş verib.

Belə ki, Ağcabədi rayon sakini Ziyad Əliyev idarə etdiyi “Qazel” markalı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobili aşırıb.

Hadisə zamanı sürücü Ziyad Əliyev xəsarət almasa da onun sərnişini 1998-ci il təvəllüdlü Ağcabədi rayon sakini Alıyev Pənah Əfqan oğlu aldığı bədən xəsarətlər ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI