Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda iş adamı yol qəzasında öldü - YENİLƏNDİ

11 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qubada gecə saatlarında “Niva”nın dərəyə aşması nəticəsində həyatını itirən 34 yaşlı Valid Beydullayev Quba-Xınalıq yolunun kənarında yerləşən istirahət mərkəzlərdən birini idarə edib.

Press.az Bizim.Media-ya istinadən xəbər verir ki, mərhumun və yanındakı sərnişinin meyitlərini avtomaşından çıxarmaq mümkün olsa da “Niva”nı hələ hadisə yerindən çıxarmaq mümkün olmayıb.

Hadisə yerinə texnika cəlb ediləcək.

Dəhşətli qəza Quba-Xınalıq yolunun 37-ci km-də qeydə alınıb.

09:37

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Press.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, hadisə rayonun Qrızdəhnə kəndində qeydə alınıb.

1988-ci il təvəllüdlü Valid Beydullayevin idarə etdiyi “Niva” markalı maşın dərəyə aşıb. Qəza nəticəsində sürücü və avtomobildəki sərnişin - 1970-ci il təvəllüdlü İlham Əhmədov həlak olub.

Qəza ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI