First slide

Tamara Sinyavskayaya “Şərəf” ordeni təqdim edildi

26 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov avqustun 26-da böyük sənətkar, vokal sənətinin unudulmaz səsi Tamara Sinyavskayaya "Şərəf" ordenini təqdim edib.

Mədəniyyət Nazirliyindən Press.az-a verilən məlumata görə, nazir görkəmli opera müğənnisinə gələcək işlərində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya fəaliyyətinin daim diqqətdə saxlanılması və yüksək qiymətləndirilməsinə görə dövlət başçısına dərin təşəkkürünü bildirib.

Sonda böyük sənətkarla xatirə şəkli çəkilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2018-ci il tarixində Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə SSRİ Xalq artisti Tamara Sinyavskayanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Oxşar xəbərlər
OTACI