Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qarabağ müharibəsinin həqiqətləri Fransada beynəlxalq sərgidə nümayiş olunur - FOTO

12 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Birinci Qarabağ müharibəsinin acı həqiqətlərini özündə əks etdirən foto Fransanın Lozert şəhərində keçirilən sərgidə nümayiş olunur.

“Report”un Fransa bürosu xəbər verir ki, Fransanın cənubunda yerləşən orta əsrlər şəhəri Lozertin tarixi küçələrində açıq havada baş tutan tədbirdə dünya şöhrətli azərbaycanlı fotoqraf Reza Deqatinin “İnsan təbiəti” adlı fotosərgisi keçirilir.

Lozert meriyasının təşkil etdiyi sərgidə tanınmış fotojurnalistin “Qayğısızlıq və ümidsizlik” fotosu Birinci Qarabağ müharibəsinin acı həqiqətlərini özündə əks etdirir.

Foto 1997-ci ildə çəkilib.

Belə ki, Mahmud ailəsi ilə birlikdə müharibə nəticəsində evini tərk etməli olub.

“Bir gün düşmən əsgərlər tərəfindən mənim evim dağıdıldı. Biz qaçmalı olduq”, - fotonun altında onun dilindən belə bir mətn verilib.

Mahmud və ailəsi Bakının neft buruqları yerləşən çöllərində balaca bir evdə sığınacaq tapıb. Köçkünlüyün acılarını yaşayan bu ailədə iki oğlan uşağı böyüyür. Ceyhun və Təbrizin qayğısız gülüşü acı talelərinə baxmayaraq, bu ailədən əksik olmur.

Sərgidə R.Deqatinin həmçinin Əfqanıstan, Türkmənistan və digər ölkələrdə çəkdiyi insan təbiətinə həsr olunmuş 34 fotosu yer alıb.

Tədbir sentyabrın 30-dək davam edəcək.

 

Oxşar xəbərlər
OTACI