Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Daşkəsəndə avtomobil aşıb - Ölən və xəsarət alanlar var

25 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daşkəsən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Press.az report-a istinadən xəbər verir ki, hadisə Aşağı Quşçu kəndində qeydə alınıb.

Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1995-ci il təvəllüdlü Ruslan Cabbarov və 1990-cı il təvəllüdlü Rövşən Alıyev xəsarət alıblar.

Qəza zamanı xəsarət almış daha bir nəfər isə (şəxsiyyəti dəqiqləşdirilir-red) hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxşar xəbərlər
OTACI