Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qrup yoldaşını öldürən Məcidova 13 il həbs verildi

25 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Moskvanın İzmailovski Rayon Məhkəməsi Murtuzəli Məcidovu 2018-ci ilin yazında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitunun (MDBMİ) qazaxıstanlı tələbəsi Tomiris Baysafanın qətlində təqsirli bilib.

Press.az redaktor.az-a  istinadla xəbər verir ki, məhkəmənin hökmü əsasında Məcidov 13 il müddətinə azadlıqdan məhrum edilib.

“Məhkəmənin hökmü ilə Murtuzəli Muxtar oğlu Məcidova 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib və o, cəzasını ciddi rejimli islah koloniyasında çəkəcək", - məhkəmənin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Murtuzəli Məcidov 2013-cü ildə Dağıstan hökumətinə rəhbərlik etmiş Muxtar Məcidovun oğludur.

2018-ci il aprelin 13-də MDBMİ-nin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin 4-cü kurs tələbəsi, 21 yaşlı Tomiris Baysafa universitetin 4-cü mərtəbəsindən yıxılıb. O, xəstəxanaya yerləşdirilsə də, mayın 3-də qız özünə gəlmədən vəfat edib.

Murtuzəli Məcidov mərhum qızın qrup yoldaşı olub. Şahidlərin dediyinə görə, universitetin dördüncü mərtəbəsindəki auditoriyada faciə baş verməzdən əvvəl qız bir gənclə mübahisə edib.

Məcidov qızın ölümündən iki il sonra saxlanılaraq həbs edilib. O, qətldə ittiham olunub. İlk olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmə heyəti Murtuzəli Məcidovu təqsirsiz hesab edərək səs çoxluğu ilə hökm çıxarıb. Moskvanın Nikulinski Məhkəməsi 2021-ci ildə təqsirli bilinməməsi barədə hökm çıxarıb.

Daha sonra Moskva Şəhər Məhkəməsi zərərçəkmişlərin və dövlət ittihamının şikayətini təmin edib və bəraət hökmünü ləğv edib. Məcidovun işi yeni məhkəmə baxışı üçün başqa hakimə göndərilib. Prokurorluğun tələbi ilə işə baxılması Nikulinskidən İzmailovski məhkəməsinə verilib.

Oxşar xəbərlər
OTACI