First slide

Müdafiə Nazirliyinin təminat anbarlarına mediatur təşkil olunub

25 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

26 iyun - Silahlı Qüvvələr Günü münasibəti ilə Müdafiə Nazirliyinin təminat anbarlarına mediatur təşkil olunub.

“Report”un xəbərinə görə, mediatur çərçivəsində KİV nümayəndələrinə anbarlardakı geyim və ərzaq nümunələri barədə məlumat verilib.

Qeyd olunub ki, anbarda Azərbaycan Ordusunun hər bir qoşun növünün yay və qış geyimləri saxlanılır. Anbarlardakı geyim nümunələri ilə bağlı media nümayəndələri məlumatlandırılıb.

Daha sonra təminat anbarlarındakı ərzaqların saxlanma şəraiti ilə tanışlıq olub. KİV nümayəndələrinə saxlanılan ərzağın növləri haqqında da geniş məlumat verilib.

Azərbaycan Ordusunun polkovnik-leytenantı Aqil İsmayılov 44 günlük Vətən müharibəsində ordumuzun döyüş təminatının yüksək səviyyədə olduğunu deyib:

“Cəbrayıldan Şuşaya qədər döyüş yolu keçmişəm. Baxmayaraq ki, döyüşdüyümüz ərazilərin relyefi çətin idi. Lakin Azərbaycan Ordusunun istər geyim, istər ərzaq, istərsə də digər əşyalarla təminatı yüksək səviyyədə təşkil olunmuşdu. Bəzi yerlər var idi ki, artıq ora avtomobil və texnikaların getməsi mümkün deyildi. Ancaq buna baxmayaraq, piyada da olsa, ərzaq, geyim, silah-sursat yəni, bütün təminat döyüşçüyə çatdırılırdı. Bütün bunların nəticəsidir ki, Azərbaycan Ordusu zəfər qazandı və 30 illik torpaq həsrətinə son qoyuldu”.

Oxşar xəbərlər
OTACI