Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: İki hərbiçimiz yaralandı - YENİLƏNDİ (FOTO)

19 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kürdəmirdə baş vermis ağır avtomobil qəzası ilə bağlı TƏBİB açıqlama verib.

Qurumdan Press.az-a verilən məlumata görə, minik avtomoilində olan şəxslərdən biri - Xatəm Baydaşov qapalı kəllə beyin travması, sağ qulaq seyvanın cırılmış yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

TƏBİB-dən həmçinin bildirilib ki, qəza nəticəsində Məmmədli Yusif Malik oğlu və Nəsibov Fərid Samir oğlu həlak olublar.

12:07

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.

Press.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobil Gəncə istiqamətin də hərəkətdə olarkən “Azpetrol” şirkətinə məxsus yanacaq daşıyan “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə “Toyota”da olan 2 nəfər, sürücü ilə sərnişin - Xatəm Baydaşov və Fərid Nəsibov hadisə yerində dünyalarını dəyişiblər.

Onların meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI