First slide

Keçmiş məhkumun evindən 5 kiloqrama yaxın narkotik vasitə aşkarlandı - FOTO

26 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Masallıda keçmiş məhkumun evindən 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Qasımlı kənd sakini, əvvəllər məhkum olunmuş Heydər Nuriyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 10 qrama yaxın narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq H.Nuriyevin yaşadığı evə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə ümumilikdə 1 kiloqram 805 qram heroin, 3 kiloqramdan artıq marixuana və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Press.az

Oxşar xəbərlər
OTACI