Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Paşinyana müraciəti ilə məşhurlaşan əsgərin HAQQINA GİRDİLƏR - FOTO/VİDEO

25 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

44 günlük Vətən Müharibəsi zamanı Ermənistan baş naziri Nikol Paşinyana müraciəti ilə məşhurlaşan əsgərin videosunu çoxları görüb.

Videoda əsgər Paşinyana müraciət edərək, "Nə oldu, bəs yol çəkirdin?" deyərək gündəmə gəlmişdi.

Press.az xəbər verir ki, Vətən Müharibəsindən sonra həmin görüntülər sosial şəbəkədə də paylaşılmışdı. Ötən gün həmin görüntülərin qəhrəmanı olan 1996-cı il təvəllüdlü Rüstəmov Elməddin Rəfail oğlu onu təəccübləndirən video ilə üzləşib.

Bu barədə baku.ws-ə açıqlama verən Rüstəmov Elməddin ona məxsus görüntülərin başqasına nisbət verildiyini və haqqına girildiyini bildirib. "Tiktok"a yerləşdirilən videodan məlum olur ki, tədbirlərin birində naməlum gənc dağa çıxarkan Paşinyana müraciət edən şəxs kimi təqdim olunub.

Lakin həqiqətdə həmin görüntülərdəki şəxs Rüstəmov Elməddindir. Amma nədənsə gənc özünü həmin görünütlərin qəhrəmanı kimi təsdiqləyir.

Qeyd edək ki, görüntülərin əsl qəhrəmanı hazırda Abşeron rayonu Mehdiabad qəsəbəsindəki restoranların birində ofisiant işləyir. O, Vətən Müharibəsi zamanı Cəbrayıl, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib.

Oxşar xəbərlər
OTACI