Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan “Avroviziya 2022”nin finalında

13 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İtaliyanın Turin şəhərində yerləşən “Pala Alpitur” arenasında “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

Press.az xəbər verir ki, yarışmada Azərbaycanla yanaşı Finlandiya, İsrail, Serbiya, Gürcüstan, Malta, San Marino, Avstraliya, Kipr, İrlandiya, Şimali Makedoniya, Estoniya, Rumıniya, Polşa, Monteneqro, Belçika, İsveç və Çexiyadan olan təmsilçilər finala keçmək uğrunda mübarizə aparıblar.

Müsabiqədə 4 nömrə altında ölkəmizi təmsil edən Nadir Rüstəmli “Fade to black” mahnısıyla finala vəsiqə qazanıb. 

Səsvermə nəticəsində finala keçən digər ölkələr isə Belçika, Çexiya, Azərbaycan, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Rumıniya və Serbiya olub.

Qeyd edək ki, birinci yarımfinaldan İsveçrə, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, Ermənistandan olan təmsilçilər finala vəsiqə qazanmışdı. Müsabiqənin final yarışması mayın 14-də keçiriləcək. 

Oxşar xəbərlər
OTACI