Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı-Quba yolunda ağır yol qəzaları - 4 nəfər həlak olub, yaralılar var VİDEO

12 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı-Quba yolunda iki qəza 4 nəfərin ölümünə səbəb olub.

Press.az xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, qəzada dünyasını dəyişənlərdən ikisi ata və iki aylıq qızı olub.

Avtomobil yolunun Xızı rayonu hissəsində baş verən qəzada ölənlərin sürücü Orxan Qasımov,  sərnişinləri 31 yaşlı Pərviz Xudabaxışov və onun 2 aylıq qızı  olduğu məlum olub.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, qəzada - 58 yaşlı Vəsxanım Xudabaxışova və 24 yaşlı Əfsanə Xudabaxışova isə xəsarət alıblar. Yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bakı-Quba yolunda ikinci qəza isə Siyəzən rayonu ərazisində olub.

Bakı-Quba istiqamətində hərəkətdə olan 34 yaşlı  Elçin Hacıyevin idarə etdiyi  avtomobil əks istiqamətdə hərəkət edən 63 yaşlı Mehyəddin Əliyevin idarə etdiyi yük maşını ilə  toqquşub. Nəticədə Elşən Hacıyev hadisə yerində ölüb, digər sürücü Mehyəddin Əliyev isə xəsarət alaraq Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Oxşar xəbərlər
OTACI