First slide

Maştağada xəstəxanada pasiyent otaq yoldaşını döyərək öldürüb

08 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Emil Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Press.az xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilib.

Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq olunsun.

Həmçinin hökmdə bildirilib ki, E.Məmmədovun Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında saxlanılması və onun xüsusi tibb müəssisəsinə yerləşdirilməsi nəzərə alınsın.

Qeyd edək ki, E.Məmmədov paranoid şizofreniya xəstəliyindən əziyyət çəkir. O, bu səbəbindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının 16-cı kişi şöbəsinin nəzarət palatasında saxlanılanılırdı.

İttihama görə, Emil 3 dekabr 2021-ci il tarixdə saat 22:40-da onunla eyni xəstəlikdən əziyyət çəkən, eyni palatada müalicə alan Elvin Həsənovdan üzərini örtdüyü yorğanı istəyib. Elvin isə həmin yorğanı verməməsi səbəbindən aralarında münaqişə baş verib. Daha sonra Emil Elvinin baş və bədən nahiyələrinə yumruq və təpik zərbələri vurub.

Yaralı Respublika Neyrocərrahiyyə Xəstəxanası yerləşdirilərək ixtisaslı tibbi yardım almasına baxmayaraq, 16.12.2021-ci il tarixdə orada ölüb.

Cinayət işi materiallarına əlavə edilən Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 30 dekabr 2021-ci il tarixli, 170 saylı stasionar məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, təqsirləndirilən şəxsin psixi xəstəliyi ilə əlaqədar, onun nə istintaq dövründə, nə də məhkəmədə dindirilməsi mümkün olmayıb.

Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi (mərhumun anası) ifadəsində göstərib ki, mərhum Elvin onun oğludur. Bildirib ki, Elvinin təxminən 17-18 yaşlarında qeyri adekvat hərəkətləri başlayıb. Belə ki, oğlu rabitəsiz nitqlər qurmuş, durduq yerə gülürmüş.

Zərərçəkmiş şəxsin hüquqi varisi deyib ki, onlar Elvini 2021-ci ilin təxminən iyul ayında yenidən Maştağa qəsəbəsində yerləşən Psixiatriya Xəstəxanasına yerləşdiriblər:

“Oğlumu aqressiv xəstə ilə bir palatada saxlamışlar və onlara nəzarət olunmadığından belə bir hadisə baş verib. Xəstəxanada olan işçilərin səhlənkarlığı nəticəsində bu hadisə baş verdiyindən onların cəzalandırılmalarını xahiş edirəm”.

Oxşar xəbərlər
OTACI