Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Bandotdel” pulemyot satanları həbs etdi - Video

27 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələr və pulemyot satmaq istəyən şəxslərə qarşı Qaradağ və Beyləqan rayonlarında əməliyyatlar keçirib.

DİN Mətbuat xidmətindən Press.az-a verilən məlumata görə, narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsini təşkil edən İlqar Əliyev və tanışı Xeyrulla Nəsrullayev Qaradağ rayonunda saxlanılıblar. Onların üzərindən 5 büküm ümümi çəkisi 10 kiloqram 149 qram yüksək təsiredici narkotik maddə heroin aşkar olunub. Bu şəxslər narkotik vasitələri satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiklərini bildiriblər.

Füzuli rayon sakinləri İlqar Cəfərzadə və Sərxan Heydərov 1 ədəd “PKM” modelli “Kalaşnikov” konstruksiyalı pulemyot silahı satarkən Beyləqan rayonu ərazisində tutularaq Baş İdarəyə gətiriliblər.

 

Oxşar xəbərlər
OTACI