Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rövşən Lənkəranski sağdırmı? - Bu gün ad günü olan kriminal avtoritet haqqında MİFLƏR

27 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kriminal aləmin ən tanınmış üzvlərindən biri olan azərbaycanlı Rövşən Canıyevin (Lənkəranski) doğulduğu gündən 47 il ötür.

Rövşən Lənkəranski Hikmət Sabirabadlının ölümündə əsas şübhəli “Ded Xasan”ın qətl təşkilatçılarından hesab olunur. 

Hikmətin ölümündən sonra Qafqazın kriminal irsi Masallı Mamedə, sonra Rövşənə keçib. Adı çəkilən “vor zakon”lar Yaponçik klanının üzvləri sayılıb. Vyaçeslav İvankov, yəni “yaponçik” isə “Ded Xasan”ın əsas düşməni və Rusiya bazarlarında mübarizə obyekti olub. 

Oğru dünyasındakı bu qruplaşma azərbaycanlı avtoritet və lotuları da bir-birinə düşmən edib. Yoxsa 2016-cı ildə Rövşənin qətlə yetirilməsində əsas təqsirkar Lotu Quli sayılmazdı.

Təsəvvür edin ki, Rövşənin ölümündən 1 il sonra azadlığa çıxan Səlifov – Quli məhz Lənkəranskinin əsas taxt-tac yerlərindən olan Türkiyəyə yollandı. Sanki klanlar – düşmən “vor zakon”lar əl dəyişdilər. 
 

Rövşənin Türkiyədən başqa əsas sxodka ünvanları:

Dubay
İtaliya

Siyahıda İrəvanın olması da iddia olunur. Bu səbəbdən onun ölümünün süni qurulduğu və yaşaması barədə informasiyalar yayıldı:

1. Rövşənin məzarı qorunur və qəbri açmağa qoymurlar

2. Türkiyə mediası əvvəlcə onun həlak olması, daha sonra isə Şişli Etfal Xəstəxanasına aparılması və həkim nəzarətinə alınması haqda xəbərlər yayıb. Həkimlər isə onun yaşadığını və əlavə məlumata sahib olmadıqlarını açıqlayıblar.

3. Onun “Kamorra”, “yakudza” mafiyası ilə sıx əlaqədə olduğu və hətta illuminatların qoruduğu kriminal fiqura çevrildiyi söylənilirdi.

Sonda qeyd edək ki, detektivlər Rövşən Lənkəranskinin yaşadığı və qətlinin qurma olduğunu bir səbəblə izah edirlər ki, “Canıyev öz ölümü ilə bütün cinayət məsuliyyətləri, axtarışlardan qurtulub və iri mafiya fəaliyyətinə davam edir. Yoxsa Lotu Quli belə tez öldürülməzdi”.

Ehtimallar arasında Lənkəranskinin türk teleserialı olan “Kurtlar Vadisi”ndə Polat Alemdarın plastik əməliyyat təcrübəsindən də yararlandığı da istisna olunmur. Mərhum “vor zakon”un bir övladının olması barədə də informasiya var. /bizimmedia.az/

Oxşar xəbərlər
OTACI