Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda müəllimin döyülməsinin TƏFƏRRÜATI: Oyuncaq tapança ilə... - VİDEO

26 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən gün müəllimi döyən şəxslə bağlı cinayət işi açıldığına dair məlumat vermişdik. Hadisənin yeni təfərrüatı məlum olub. 

Daxili İşlər Nazirliyindən (DİN) oxu.az-a verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə yanvarın 24-də rayon ərazisində yaşayan F.Hüseynovun evinə gəlmiş şəxsin xuliqanlıq zəminində onu silahla hədələyərək döyməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə və görüntüsünü sosial şəbəkədə yaymaqda şübhəli bilinən Ağdaş rayon sakini F.Əfəndizadə qısa müddətdə müəyyən edilərək saxlanılıb. Ondan hadisəni törədərkən istifadə etdiyi oyuncaq tapança da götürülüb.

Araşdırma aparılır.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə məktəb müəlliminin bir nəfər naməlum şəxs tərəfindən döyülməsini əks etdirən video paylaşılıb.

Oxşar xəbərlər
OTACI