Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hazal Kaya Bakıda izdihamla qarşılaşdı - FOTO

22 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə kinosunun ulduzu Hazal Kaya bu gün Azərbacanda "Park Cinema Flame Towers"də baş tutan “Benden Ne Olur?” filminin gala gecəsinə qatılıb.

Press.az Publika.az-a istinadən xəbər verir ki, aktrisa ölkəmiz haqqında təəssüratlarını bölüşüb:

"Bakıya səhər saatlarında gəldik, şəhəri gəzə bilmədik. Gəzmək fürsətimiz olmadı.

Filmin çəkilişləri pandemiyanın ən çox yayılan vaxtına düşdü. Bir az qorxurduq. Amma hamımız üçün rahat oldu. Evdən çıxdıq, işləməyə başladıq. Filmdə dostlarımızla birlikdə çalışdıq. Çox yaxşı anlarımız oldu. Çox xoşbəxt və həyəcanlıyıq. Görək, filmimiz tamaşaçılar tərəfindən necə qarşılanacaq".

Aktyor Enis Arıkan ölkəmizə ilk dəfə gəldiyini deyib: "Azərbaycana ilk dəfə gəlirəm. Şəhəri çox az gəzdik. Restorana getdik, çox dadlı yeməkləriniz var. Xəngəl yedim, dadına doymadım".

Qeyd edək ki, filmdə Hazal Kaya, Onur Tuna, Enis Arıkan, Elçin Afacan, Cem Belevi, Tarık Pabuçcuoğlu, Nur Fettahoğlu, Selin Şekerci kimi bir çox məşhurlar çəkiliblər. 

Oxşar xəbərlər
OTACI