Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda evdən 150 min dollarlıq qızıl oğurlandı - VİDEO

07 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Binəqədi rayonunda yerləşən evlərdən birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Press.az-a verilən xəbərə görə, zərərçəkən ev sahibi polisə müraciət edərək 31 dekabr – 2 yanvar tarixləri arasında evdə olmadığı müddətdə naməlum şəxslər tərəfindən mənzildən içərisində 10 min manat nağd pul, 150 min dollarlıq qızıl-zinət əşyaları və 15 min manat dəyərində qol saatları olan seyfin oğurlandığını bildirib.

Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Zaqatala rayon sakinlərin Murad Allahverdiyev və Uveys Məmmədov saxlanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.

Qeyd edək ki, bu şəxslərin oğurladıqları qızıl-zinət və digər əşyalar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Oxşar xəbərlər
OTACI