Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kürdəmirdə avtomobil su kanalına düşüb, xəsarət alan var - FOTO

04 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi olub.

Press.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qarayev Mais Ləzgi oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra avtomobil yoldan çıxaraq su kanalına düşüb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarəti alıb, maşına isə ciddi ziyan dəyib.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

(report)

Oxşar xəbərlər
OTACI