Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tanışı tərəfindən bıçaqlanaraq öldürüldü

24 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Salyan rayonunda qətl hadisəsi baş verib.

Press.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Babazənan yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, yaşayış massivinin sakini, 1992-ci il təvəllüdlü Qasımov Səbuhi Sərdar oğlu mübahisə zəminində tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Bir bıçaq zərbəsi alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI