Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Goranboyda iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb

21 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Press.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əhmədabad kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21011" və "VAZ 21015" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 1970-ci il təvəllüdlü Məmmədova Zəminə Valeh qızı, 1993-cü il təvəllüdlü Məmmədova Ruslan Əlövsət oğlu, 2012-ci il təvəllüdlü Qasımov Nihat Nicat oğlu və 1995-ci il təvəllüdlü Qasımova Əfsanə Əlövsət qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI