Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan Ordusunun Quru Qoşunlarında komanda-qərargah təlimi keçirilib

19 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Təsdiq olunmuş illik döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunların birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib.

Bu barədə Press.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimdə bölmələrin müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi, təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunub.

Bölmələrin qarşılıqlı fəaliyyətinin, komandirlərin çevik qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də döyüşlərin fasiləsiz idarə olunması vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə müxtəlif təlim-döyüş tapşırıqları icra olunub.

Oxşar xəbərlər
OTACI