Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstələri müəyyən edilib

28 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı  ictimai yerlərdə aktiv koronavirus xəstələri aşkar olunublar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, F.Abbasovanın və H.Neciyevin koronavirus testlərinin nəticələri pozitiv olduğu üçün onlara ev şəraitində müalicə təyin edilsə də, həmin şəxslər karantin rejiminin qaydalarını pozaraq yaşadıqları ünvanları tərk ediblər. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə onların hər ikisi rayon ərazisində saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

Bərdə RPŞ-də araşdırmalar aparılır.

Oxşar xəbərlər
OTACI