Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kərim Vəliyev: "Azərbaycan Ordusunun qələbədən sonra döyüş qabiliyyəti daha da yüksəlib"

25 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən qələbədən sonra Azərbaycan Ordusunun döyüş qabiliyyəti daha da yüksəlib".

Press.az-ın xəbərinə görə, bunu müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev NATO-nun Beynəlxalq Hərbi Qərargahının Kooperativ Təhlükəsizlik İdarəsinin rəisi general-mayor Françesko Diellanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

O, Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, NATO-nun bölmələrimizin bu sahədə hazırlığına verdiyi töhfəni yüksək dəyərləndirib.

Oxşar xəbərlər
OTACI