Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Masallıda qaydaları pozan sürücü və piyadalarla bağlı reyd keçirilib

20 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Masallıda qaydaları pozan sürücü və piyadalarla bağlı reyd keçirilib.

Press.az-ın məlumatına görə, yollarda baş verə biləcək qəza hadisələrinin qarşısının alınması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmini məqsədilə Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən növbəti reyd təşkil olunub. Şəhərin müxtəlif küçə və prospektlərində təşkil olunan tədbirlər zamanı sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edənlər, mövcud piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar, idarə etdiyi nəqliyyat vasitəsinə konstruksiya dəyişikləri edənlər aşkarlanıb.

Aşkarlanan qayda pozuntuları ilə bağlı həmin nəqliyyat vasitələrinin sürücüləri ilə izahat işləri aparılıb və hər biri barəsində qanunamüvafiq tədbirlər görülüb. Yol hərəkəti təhlükəsizliyinin təmini məqsədilə bu kimi tədbirlər bundan sonra davam etdiriləcək

Oxşar xəbərlər
OTACI