Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda daha bir ağır yol qəzası: 4 nəfər həyatını itirdi

17 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fövqəladə Hallar Nazirliyi Qubada baş verən qəza barədə məlumat yayıb.

Press.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Quba rayonu, Zərdabi qəsəbəsində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1999-cu il təvəllüdlü Allahverdiyev Məhəmməd Kamil oğlunun, 1973-cü il təvəllüdlü Allahverdiyev Kamil Atabala oğlunun və 1969-cu il təvəllüdlü Məmmədrəhimov Şamil Həsənbala oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

APA-nın məlumatına görə, avtomobildə olan 3 nəfər hadisə yerində dünyasını dəyişib. Quba Müalicə Diaqnostika Mərkəzinə çatdırılan iki nəfər yaralıdan birinin həyatını da xilas etmək mümkün olmayıb. Qəza zamanı xəsarət alan digər yaralının da vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI