Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yevlaxda oğurluq edən şəxs saxlanılıb

16 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yevlax rayon sakini olan bir nəfər bu ilin iyul ayında evindən dəmir konstruksiyalar və müxtəlif məişət əşyalarının mühərrik hissələrinin oğurlanması ilə əlaqədar Rayon Polis Şöbəsinə müraciət edib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, müraciətlə əlaqədar olaraq Yevlax RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini Hafiz Məmmədov saxlanılıb. Araşdırmalarla onun ümumilikdə 9 ədəd soyuducu və kondisioner mühərriki, dəmir konstruksiyalar və s. oğurlamaqla vətəndaşa 4000 manat miqdarında ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI