Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qazax sakinində narkotik aşkarlanıb

16 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazax sakinində narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Press.az-a verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Sərxan Əhmədovun yaşadığı evə baxış keçirilən zaman oradan narkotik maddə olan “heroin”, “metamfetim” “marixuana”, müxtəlif şprislər aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya təqdim edilib.

Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI