Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dövlət Akademik Musiqili Teatrı balet truppasına işçi axtarır

15 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı balet truppasına işçi qəbulu ilə bağlı müsabiqə elan edib.

Teatrdan Press.az-a verilən məlumata görə, xoreoqrafiya sənəti sahəsində çalışan ixtisas təhsilli 18 yaşından yuxarı şəxslər müsabiqədə iştirak edə bilər.

Aşağıdakı sənədlərin qəbulu 2021-ci il dekabrın 1-dək davam edəcək:

- Şəxsiyyət vəsiqəsinin surəti

- Təhsil haqqında sənədin surəti (və ya təhsil aldığı ali məktəbdən arayış)

- Əmək kitabçasının surəti

- Tərcümeyi-hal

- Yaradıcılıq xasiyyətnaməsi (köhnə iş yerindən)

- 2 fotoşəkil (3x4)

- Fəxri ad və ya yaradıcılıq müsabiqələrində alınan diplomların və fəxri fərmanların surətləri

Oxşar xəbərlər
OTACI