Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şirvanda saxlanılan şəxslərdə silah və nakotik aşkarlanıb

13 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Press.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Fərid Şirinov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd tapança aşkar olunaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat tədbiri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Ağayev saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı isə iki büküm “patı” və “şüşə” adlanan psixotrop maddə metanfetamin, altı büküm heroin və bir ədəd elektron tərəzi aşkar edilib.

Faktlarla bağlı hər iki şəxs barəsində Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI