Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qadının qətlə yetirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

16 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Kürdəmir Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəyal Şıxaliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Dilarə Nəsirovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəyal Şıxaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
OTACI