logo
First slide

Prokurorluq Göyçaydakı qətllə bağlı məlumat yayıb

10 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Prokurorluq Göyçay rayonunda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Rayon prokurorluğundan Press.az-a daxil olan məlumatda deyilir:

"Sentyabrın 10-u saat 06 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 2005-ci il təvəllüdlü İsmayıl Babazadənin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Əli Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İsmayıl Babazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

Oxşar xəbərlər
OTACI
OTACI