Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qaradağda müştərilərə qəlyan təklif edən kafe sahibi həbs olunub

12 Aug 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Qaradağ rayonunda karantin qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edən daha bir kafe aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Press.az-a verilən məlumata görə, polis əməkdaşları Lökbatan qəsəbəsində yerləşən "Pub-110" adlı kafenin sahibi Emin Məmmədovun müştərilərə qəlyan verdiyini aşkar ediblər. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Toplanmış material rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Emin Məmmədov 8 sutka inzibati qaydada həbs edilib.

Oxşar xəbərlər
OTACI