Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Buffon B seriyasında oynamağının səbəbini açıqladı

05 Aug 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Canluici Buffon B seriyası təmsilçisi "Parma"ya keçidindən danışıb.

Press.az xəbər verir ki, 43 yaşlı qolkiper "Football Italia"ya açıqlamasında "Parma"nın onun üçün dəyərli olduğunu bildirib. O deyib ki, hətta komanda həvəskarlar liqasında çıxış etsə belə, "Parma"nı seçərdi:

"Karyeramda ikinci dəfə B seriyasına qayıdıram. Dünyanın ən yaxşı qapıçısı olanda bura gəlmişdim. İndi, 43 yaşım olanda niyə bunu etməyim? Mənim dəyərlərim dəyişməzdir. Həvəskarlar Liqasında da oynaya bilərdim".

Xatırladaq ki, "Parma"nın yetirməsi olan Buffon 2001-ci ildə "Yuventus"a keçib. 17 il Turin klubunda oynayan Cici 2018-2019 mövsümünü PSJ-də keçirib. 2019-2020 mövsümündə yenidən "Yuventus"da çıxış edən Buffon bu yay doğma klubu "Parma"ya qayıdıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI