Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tovuzda kirayə qaldığı evdən oğurluq edən şəxs saxlanılıb

05 Aug 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tovuz rayon Polis Şöbəsinə müraciət edən rayon sakini olan bir qadın ona məxsus evdən nağd pulun oğurlandığını bildirib.

Daxil İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Press.az-a verilən məlumata görə, dərhal Tovuz RPŞ-in əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər.

Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən 2 550 manat pul oğurlanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, həmin evdə kirayənişin qalan Fariz İsgəndərov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs ev sahibinin toy mərasiminə getdiyini, əvvəlcədən evdə pul olduğunu bildiyini və pəncərədən daxil olaraq pulu oğurladığını etiraf edib.

F.İsgəndərov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI