Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çavuşoğlu: “Sabah Azərbaycandan bir təyyarə, 40 yanğınsöndürən maşın və 150 nəfər şəxsi heyət gələcək”

04 Aug 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Manavqatda AFAD koordinasiya Mərkəzində təbii fəlakət bölgəsində olan digər nazirlərlə birgə mətbuat konfransı təşkil edib.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Nazir çıxışı zamanı bildirib ki, sabah Azərbaycandan 10 nəfərdən ibarət ekipajı ilə birgə bir təyyarə, 40 yanğınsöndürən maşın və 150 nəfər şəxsi heyət yanğınların söndürülməsində yardım məqsədilə Türkiyəyə gələcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə FHN-nin müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyəyə yola düşüb.

İyulun 31-də isə Türkiyəyə daha bir qrup yollanıb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 54 ədəd texnika - yanğınsöndürmə və xilasetmə avtomobili, həmçinin 247 nəfər şəxsi heyət daxildir.

Oxşar xəbərlər
OTACI