Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sumqayıtda narkotik vasitələrin satışı ilə məşğul olan 3 nəfər saxlanılıb

04 Aug 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin müxtəlif ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olan daha 3 nəfər tutulub.

Daxili İşlər Nazirliyindən Press.az-a verilən məlumata görə, əməliyyatlar zamanı şəhər sakinləri Ayaz Həsənov, Etibar Məmmədov və Rafiz Kərimov tutularaq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərlərinə və evlərinə baxış zamanı müvafiq olaraq 350 qrama yaxın heroin, 400 qram marixuana və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə şəhər ərazisində yerləşən bir mağazadan oğurluq edən Münasib Şirinov saxlanılıb. Onun gecə saatlarında mağazaya daxil olaraq oradan müxtəlif əşyalar oğurladığı məlum olub.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin və digər hüquq pozuntularının qarşısının alınması istiqamətində Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Oxşar xəbərlər
OTACI