Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə 174 yanğından 160-ı nəzarətə alınıb

04 Aug 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin 39 vilayətində 174 yanğından 160-ı nəzarətə alınıb.

Press.az APA-ya istinadən bildirir ki, bu barədə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Meşə Baş İdarəsindən 28 iyul-4 avqust tarixlərində baş verən yanğınlarla bağlı yayılan yazılı açıqlamada bildirilib.

Qeyd olunub ki, hazırda ölkənin 5 vilayətində 14 sahədə meşə yanğınları davam edir.

Bundan başqa, kənd təsərrüfatı sahəsində 98 yanğına müdaxilə edildiyi qeyd olunub.

Məlumata görə, hazırda bu yanğınlarda 16 yanğınsöndürən təyyarə, 9 pilotsuz uçuş aparatı (PUA), 51 helikopter, bir pilotsuz vertolyot, 850 suçiləyən və su tankeri, 150 inşaat texnikası və təxminən 5250 işçi heyət fəaliyyət göstərir.

Oxşar xəbərlər
OTACI