Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Göyçayda keçmiş məhkum heroinlə saxlanılıb

04 Aug 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Abdullayevin yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə polisə əməliyyat məlumatı daxil olub.

Keçirilən tədbir zaman o, şübhəli şəxs qismində saxlanılıb, evinə baxış keçirilən zaman oradan narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI